Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 134.699 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Tolstoy - War and Peace - first edition, 1869.jpg
Hərb və Sülh — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və Sülh" L.Tolstoyun digər əsəri olan "Anna Karenina" (18731877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.

"Hərb və Sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 18651867–ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009–cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və Sülh" birinci olmuşdur.

Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və Sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır. O, göstərir ki, ən yaxşı Rusiya ədəbiyyatı nümunələri standart normalardan kənara çıxır. Tolstoy "Anna Karenina" əsərini roman yaradıcılığının ilk nümunəsi kimi dəyərləndirir.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Tor-Rgnarok.jpg
Tor: Raqnarök — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüsserliyi və Walt Disney Studios Motion Picturesin distribyutorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor: Qaranlıq dünya" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı HeladanRaqnarökdən xilas etməlidir.

Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor:Qaranlıq dünya" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın BrisbenSidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır.

"Tor: Raqnarok"un premyerası 10 oktyabr 2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-da 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir.


(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Mona Lisa, by Leonardo da Vinci, from C2RMF retouched.jpg

HSCommons.svg Günün seçilmiş şəkli

The Red Arrows roll upside down in tight formation during display training MOD 45147906.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Netta (3) 20180508 EuroVisionary (cropped).jpg


Son ölümlər: Fuad Poladov, Tokay Məmmədov, Azər Tağıyev, Aviçi, Astan Şahverdiyev, Miloş Forman

HSDagensdatum.svg Tarixdə bu gün — 23 may

Mişel Platini

Digər günlər: 22 may23 may24 may

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Teddy Sheringham finger snipped.jpg
Premyer Liqa Qızıl Butsuİngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır.

Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir. Premyer Liqa 1992-ci ildə yaranmışdır.

Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə