Portal:Coğrafiya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar


redaktə  

γεωγραφία

Rotating earth (Very small).gif
Coğrafiya portalına
xoş gəlmisiniz!
MonthlyMeanT.gif



redaktə  

Qitələr


redaktə  

Cscr-featured.svg Seçilən məqalə

Pangea animation 03.gif

Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir.



redaktə  

Seçilən şəkil

Laleler.jpeg
Xızı dağı, Azərbaycan




redaktə  

Ölkələr

{{#switch: 6

1=
Flag of Germany.svg

Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant], rəsmi adı: Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda [[Şimal də Hollandiya ilə həmsərhəddir. Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən smalışko dəliAlmaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.

2=
Flag of Azerbaijan.svg

Azərbaycan və ya rəsmi Azərbaycan RespublikasıCənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan) Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edişkil edir.

3=
Flag of the United Kingdom.svg

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti. Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

4=
Flag of Brazil.svg

Braziliya və ya Braziliya Federativ Respublikası (portuqalca – República Federativa do Brasil) Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, QayanaFransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə ArgentinaParaqvay, qərbdə BoliviyaPeru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim VazAtol das Rocas.

5=
Flag of Spain.svg

Bütün dünya ölkələrindən qonaq qəbul edən gözəl dəniz kurortları ölkəsidir. Lakin İspaniya kurortları yalnız dəniz istirahəti yox, eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və bir çox başqa şeylərdən ibarətdir. Bu bölmədə İspaniya və onun kurortları haqqında ətraflı məlumat verilir.İncəsənət dünyasında öz muzeyləri ilə məşhurdur. müxtəlif tendensiyalar və dünya baxışları vəhdət halında yaşadığından burada hər kəs özünə qarşı səmimi və mehriban münasibət tapır, buna görə də Madrid açıq şəhər şöhrəti qazanmışdır. Qarışıq məhəllə labirintləri və gözəl sarayların harmoniya yaratdığı coşqun və enerjili şəhərdir.

6=
Flag of Italy.svg

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi: təxminən 58 milyon. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10. Dövlət dili: italyan dili. Turizm sahəsində işləyən hər kəs ingilisfransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

7=
Flag of France.svg

Fransa Respublikası (fr. République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə qonşu olan Qərbi Avropada ölkə. Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaTürkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir. Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir.

8=
Flag of Russia.svg

Rusiya Federasiyası (rus. Российская Федерация) – Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir – 17.075.400 km2 və ya bütün quru səthinin 11,46 % ( 1/9 )-i bu dövlətdədir. Paytaxtı Moskva şəhəridir. Rusiyanın əhalisi 141 903 979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti – 73,1 % şəhərlərdə yaşayır. Əhalinin 79,83 %-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar, qaraçay-balqarlar və digəriləridir.

9=
Flag of Turkey.svg

Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, AsiyaAfrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dəniziEgey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycanİran, cənubdan İraqSuriya, qərbdən YunanıstanBolqarıstan ilə həmsərhəddir. Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlər və [[zadə geniş işlədi

}}



redaktə  

Şəhərlər

CoA Città di Milano.svg

Milan (it. Milano, lat. Mediolanum - "düzənliyin mərkəzi" və ya "çölün ortası", alm. Mailand) — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı. Milan - moda paytaxtı, yüksək incəsənət mərkəzidir. Burada Avropa qotikasının şedevri olan Duom kilsəsinin şpilləri göylərə ucalır. Milanda Leonardo Da Vinçinin qiymətsiz əsəri olan "Sirli şam yeməyi" saxlanılır. Milan italyanları və xariciləri öz məşhur tədbirləri - moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Duom kilsəsi, Viktor Emmanuil qalereyası və La Skala teatrı burada yerləşir. Milanın Duom meydanında bir neçə diqqətəlayiq abidə var - kilsə, Viktor Emmanuil abidəsi, Emmanuil qalereyası.



redaktə  

Adalar

Martinika  — yerləşdiyi ərazi Mərkəzi Amerika fiziki
Martinika
Martinique-11-Les Salines Beach.jpg

(fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir. Ada dağ silsiləsinə malikdir. Burada 1397 m hündürlüyə malik Mon Pele (fr. Montagne Pelée — Keçəl dağ) vulkanı yerləşir.



redaktə  

Dağlar/Vulkanlar

Kiçik Qafqaz  — yerləşdiyi ərazi Qafqaz
Kiçik Qafqaz
Murov mountain in Azerbaijan-Caucasus3.jpg

Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubində yerlaşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, GürcüstanTürkiyə sərhədlərindən geçir. Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.



redaktə  

Su hövzələri

Řeka Karkar, Náhorní Karabach.jpg

Qarqarçay - Kürün sağ qoludur. Şuşa, Xankəndi, AğdamAğcabədi rayonları ərazizsindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km²-dir. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, XəlfəliZarıslı çaylarının birləşməsindən əmələ gəlir. Çayın mənsəbi Kür çayının sağ sahilində olan Ağgöl bataqlıqlarındadır. Sağdan Badara (uzunluğu 32 km) və Quşçular (uzunluğu 12 km), soldan isə Ballıca (uzunluğu 24 km) çaylarını qəbul edir. Xankəndi (uzunluğu 33 km) və Kərkicahanı (uzunluğu 28 km) iki yerə ayırır. Çayın illik axımının 45%-i yağış, 27%-i qar, 38%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 3,15 kub m/san-dir. Axımın 50%-i yazda, 25%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,29kq/san, lillənməsi isə 92 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Qarqarçaydan geniş istifadə olunduğu üçün yay aylarında suyu mənsəbə gəlib çatmır. Xələfliçayın töküldüyü yerdə HES tikilib, su anbarı yaradılmışdır.HES Kərkicahan ərazisində yerləşir. Ağdamın Novruzlu, Saybalı, Yusifcanlı, və.s kəndləri Qarqar çayının qırağında yerləşir.



redaktə  

Bilirsinizmi



redaktə  

Bizim fauna


redaktə  

Təbiət

Guba irada15.JPG

Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' – 41°55', şimal enliklər və 44°50' – 50°51' şərq uzunluqları arasında yerləşir. Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.



redaktə  

Təbiət qoruqları

Coğrafiya  — yerləşdiyi ərazi Azərbaycan
Coğrafiya
Bəsitçay Dövlət Təbiət Qoruğu
Emblem-important-red.svg

Bəsitçay dövlət təbiət qoruğu - nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar.



redaktə  

Təbiət möcüzələri

Coğrafiya  — yerləşdiyi ərazi Vyetnam
Coğrafiya
Şondonq mağarası
Şondonq mağarası1.jpg

Şondonq mağarası (vyet. hang Sơn Đoòng) — Vyetnamda yerləşən və dünyanın ən böyük mağarası. "Dağ çayının mağarası" kimi adlandırılan bu ərazi 2009-cu ilin yazında bir qrup ingilis speleoloqlar tərəfindən kəşf olunmuşdur. Özünə məxsus iqlimə, çaya və meşəyə malik bu mağaranın ölçüləri ağıla sığmaz dərəcədə böyükdür: hündürlüyü-200 m,eni 150 m,uzunluğu isə 9 km-ə yaxındır. Ehtimal olunur ki,su bu mağaranı 2-5 mln.il bundan öncə yaratmışdır. Mağara Mərkəzi Vyetnamda,Kuanqbin əyalətində yerləşən Foqniya-Kebanq milli parkının ərazisində yerləşir.



redaktə  

Təbii yataqlar

Coğrafiya  — yerləşdiyi ərazi Azərbaycan
Coğrafiya
Çovdar qızıl

Gədəbəy və Çovdar qızıl yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Yataq 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.



redaktə  

Coğrafiyaşünaslar

İbn-Bəttutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (24 fevral 1304-1377) — Ərəb səyahətçi və satıcı. Digər ərəb səyyahlarından fərqli оlaraq, оlduğu ölkələrin əhalisi haqqında daha çох maraqlanmışdır. 22 yaşında Mərakеşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində оlmuş, daha sоnra Fələstin Məkkəyə gеtmişdir. Məkkədə gеri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı kеçərək Rusiyaya daхil оlmuş və Sibirə yоllanmışdır. Rusiyadan Istanbula qayıdaraq Оrta Asiyaya, buradan isə Əfqanıstandan kеçməklə Hindistana yоla düşmüşdür. Hindistanda dövlət хidmətinə götürülən səyyah 1342-ci ildə Çində оlur. Daha sоnra Maldiv adalarında, Mərakеşdə, təkrar Ispaniya, Saхarada оlmaqla 1377-ci ildə vəfat еdir. Ibn-Bətutə оrta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında оlan ərazilərdə оlan yеganə səyyah оlmuşdur. Оnun qarşıya qоyduğu əsas məqsəd ХIV əsrin II yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.



redaktə  

Kateqoriyalar




redaktə  

Coğrafiyadan maraqlı faktlar

Sealand-sky-2.jpg

Dünyanın qeyri rəsmi ən kiçik dövləti Silend neft platformasında yerləşir.



redaktə  

Bu ayda...

Map of the War of the Pacific.en.svg

(Arxiv...)



redaktə  

Əlaqəli portallar



Europe (orthographic projection).svg
Members of Asian Tennis Federetaion.png
Africa (orthographic projection).svg
BK North America (orthographic projection).png
Location South America.png
Oceania (orthographic projection).svg
Antarctica (orthographic projection).svg
Avropa Asiya Afrika Şimali Amerika Cənubi Amerika Avstraliya və Okeaniya Antarktida



Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg