Portal:Teatr

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Austrian-drape.gif
Teatr portalına
xoş gəlmisiniz!
Austrian-drape.gif


redaktə  

Pyeslər

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Die Fledermaus 1874 Laci.v.F.png

Yarasa (alm. Die Fledermaus) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner KarlJene Rixarddırlar. Operettanın primyerası 5 aprel, 1874 cü ildə Vyana, “An der Vin” teatrında olmuşdur. 1872 ci ildə Vyana teatrı “An der Vin” Anri Malyak və Ludovik Halevinin “Yeni il gecəsi” fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin “Həbs cəzası” vodevili əsasında Haffner KarlJene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni “Yarasa” operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar “Yarasa” populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra “Qaraçı” adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır. Bundan sonra operetta məşurlaşaraq hər yerdə hətta AvstraliyadaHindistanda tamaşaya qoyulur. Oprettanın zəfər uğuru 20 ildən sonra Qustav Malerin yeni redaktəsində Hamburqda qoyulmuş tamaşasında olmuşdur.


redaktə  

Rejisorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Luchino Visconti 5.jpg

Lukino Viskonti di Modrone (it. Luchino Visconti di Modrone; 2 dekabr 1906, Milan — 17 mart 1976, Roma) — italyan opera və teatr rejissoru, kinorejissor. Viskonti zadəgan nəslinin qollarından birinin nümayəndəsi. Onun tam adı və titulu belədir: don Lukino Viskonti di Modrone, Lonate Possolo qrafı, sinyor di Korcelo, konsinyor di Somma, Krenna və Anyadello, Milan patrisisi. Viskonti yaradıcılığına 1936-cı ildə neorealizmin yüksək zirvəsində olan "Torpaq titrəyir" filmini çəkməklə başlamışdır. Cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olan rejissor İtaliyanın müharibədən sonrakı dövrdə inkişaf mərhələsini yaradıcılğında dəqiqliyi ilə əks etdirmişdir. O, zamanın tələblərinə cavab verən və təəccübləndirməyi bacaran rejissorlardan biri olmağına baxmayaraq həmişə özünə sadiq qalmışdır. Neorealizmin təməlini qoyanlardan biri olan Viskonti İtaliya kinematoqrafının ən peşəkar rejissorlarından biri hesab edilir. İtaliya rejissorları arasında o, dərin düşüncəyə malik, həssas, sadəlövh, estetizmə qapılan bir sənətkar kimi tanınır. Viskonti bir çox filmlərində dünyanın aydın və harmonik dərk olunması üçün estetik epizodlardan istifadə edirdi. Bu epizodlarda tamaşaçı gözəl insanları və gözəl əşyaları görür. O, cəmiyyətdəki dəyişikliklərə qarşı çox həssas olduğundan həm sosioloji, həm də psixoloji filmlər çəkməyə üstünlük vermişdir.


redaktə  

Aktyorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Sona Hacıyeva.JPG

Sona Salman qızı Hacıyeva (25 iyun, 1907, Şəki24 dekabr, 1979, Bakı) – Azərbaycan aktrisası. Mədəniyyət tariximizin unudulmaz simalarından biri olan xalq artisti Sona Hacıyeva milli səhnəmizin ən parlaq ulduzlarından biri olmuşdur. O, elə bir zamanda səhnə fəaliyyətinə başlamışdı ki, bu ağır sənətə nəinki qadınların, hətta kişilərin də belə gəlməsi xoş olmayan münasibətlə qarşılanır, ağır hadisələrlə nəticələnirdi. Görkəmli səhnə ustalarından Əbülhəsən Anaplının, Əbülfət Vəlinin, Hüseyn Ərəblinskinin qətlə yetirilməsi çoxunun gözünü qorxutsa da, millətinin sabahını düşünən işıqlı insanları öz əqidəsindən döndərə bilməmişdi. Belə bir qorxulu və çətin şəraitdə teatra üz tutanlar, sənəti ürəkdən sevənlər, xalqın savadlanması, maariflənməsi üçün həyatlarını çəkinmədən qurban verirdilər.


redaktə  

Teatrlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Polad Qartal opera poster.jpg

İrəvan Dövlət Azərbaycan Dram Teatrıİrəvanda yaradılan Azərbaycan dilində ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880-81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.

Azerbaijani theatre of Yerevan in 1939.jpg
Teatrın kollektivi, 1939


redaktə  

Təqvim

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
May


redaktə  

Dramaturqlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Moliere2.jpg

Jan Baptist Poklen və ya sadəcə Molyer (fr. Jean Baptiste Poquelin, dit Molière; 15 yanvar 1622 - 17 fevral, 1673) - böyük Fransa komediya yazarı, fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi. Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulmuşdur. 1639-cu ildə Klermon kollecini bitirmişdir. Dünyagörüşünə fransız materialist filosofu P.Qassendinin təlimi güclü təsir göstərmişdir. Gənc yaşlarında həyatını teatrla bağlamış, 1643-cü ildə "Parlaq teatr" truppasını yaratmışdır. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşmış, yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilmişdir. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənmiş, gələcək əsərləri üçün zəngin material toplamışdır.


redaktə  

Şəkil qalereyası


Teatr Vikixəbərdə     Teatr Vikisitatda     Teatr Vikikitabda     Teatr Vikimənbədə     Teatr Vikilüğətdə     Teatr Vikiversitetdə     Teatr Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg