Tofiq Seyidəmirov

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
TOFİQ SEYİDƏMİROV
Tofiq Seyidəmirov.jpg

Seyidəmirov Tofiq Kamal oğlu — azərbaycanlı musiqiçi.

Həyatı[redaktə | əsas redaktə]

Tofiq Seyidəmirov 7 noyabr 1963-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Musiqi Akademiyasının nəfəs alətləri "fleyto" fakültəsinə qəbul olunub. 15 may 1998-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında orkestr artisti vəzifəsində işləyir. Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "On min dollarlıq keyf", "Nəğməli Könül", "Dəli dünya", "Bir saat xəlifəlik", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "Şeytanın yubileyi", "Qadınsız yaşamaq olmaz" kimi tamaşalarında iştirak etmişdir.

Orkestr artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, işinə peşəkarlıqla yanaşmışdır.

T.Seyidəmirov hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

Evlidir 2 övladı var.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Maestro (film, 2002)