Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2018

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2012: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2013: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2014: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


Bu gün 25 fevral 2018, Bazar (İlin 8. həftəsi); bu an saat 21:04 UTC


Keşi təmizlə

6. Həftə
Kafka1906 cropped.jpg
Frans Kafkaalmandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür.

Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung), "Məhkəmə" (alm. Der Process) və "Qəsr" (alm. Das Schloss) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkasko" sözü daxil olmuşdur. Kafka Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
Édouard Manet - Le Déjeuner sur l'herbe.jpg
Çəmənlikdə səhər yeməyi və ya Çəmənlikdə piknik (fr. Le Déjeuner sur l'herbe) — Fransız impressionist rəssamı Eduard Manenin 1862-1863-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Tablo hal-hazırda Paris şəhərində Orse muzeyində saxlanılır.

Tabloda çılpaq qadınla iki qara geyimli kişi təsvir edilmişdir. Arxa fonda digər bir qadın suyun içərisində təsvir edilir. Eduard Mane "Çəmənlikdə səhər yeməyi" əsərini 1863-cü ildə tamamlayıb sərgilənmək üçün Paris Salonuna təqdim etmişdir. Salonda rəsm əsərlərinin qiymətləndirilməsi ilə məşğul olan komitə bu tablo ilə yanaşı, daha 3000 tablonu salonda nümayiş etdirməkdən imtina edir. İmtinanın əsas səbəbi kimi, əsərlərin lazımi keyfiyyətdə olmaması göstərilir. 1863-cü ildə imperator III Napoleonun əmri ilə məşhur muzey və salonlarda sərgilənməkdən imtina edilən tablolar Rədd edilənlər salonu adlı mərkəzdə toplandı. "Çəmənlikdə səhər yeməyi" tablosu da bu salonda sərgilənməyə başladı.

O dövrə qədər Dieqo VelaskesFransisko Qoyya kimi ispan rəssamlardan təsirlənən Mane bu tabloda İntibah dövrü rəssamlarından təsirlənmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
The Mughal Empire.jpg
Böyük Moğol İmperiyası1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.

Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı.

Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə
Leonardo da Vinci 043-mod.jpg
Liza del Cakondo — (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Lizaİtaliyanın FlorensiyaToskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Mona Liza portretinə verilmişdir.

Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür.

Lizanın ölümündən əsrlər sonra onun portreti olan “Mona Liza” dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın “Mona Liza” üçün model olması dəqiqləşdirilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə