Vikipediya:Həftənin seçilmiş siyahısı/fevral 2018

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Həftənin seçilmiş siyahısı arxivi

2017: İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr


Keşi təmizlə

6. Həftə
K219-DN-SC-87-00808.JPEG
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955-2017-ci illər ərzində 8 atom sualtı gəmisi batmışdır, bunlardan: 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir.

Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq, 2 gəmi yanğın, 2 gəmi silahların partlaması səbəbindən batmış, 1 gəminin isə batma səbəbi məlum deyil.

Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir. Gəminin zədə almamasına baxmayaraq, o, təhlükəsizlik baxımından batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
Code Geass R1 poster.jpg
Code Geass: Lelouch of the Rebellion (yaponca: コードギアス 反逆のルルーシュ Hepbörn: Kōdo Giasu: Hangyaku no Rurūshu?)Sunrise, Mainichi Broadcasting SystemProject Geass tərəfindən istehsal olunmuş anime serialıdır. Animenin rejissorluğunu Qori Taniquçi etmişdir, ssenarini isə İçiro Okoçi yazmışdır. Personajları fikirləşmək işi ilə CLAMP manqaka qrupu məşğul olmuş və personajları Takahiro Kimura təsvir etmişdir. Anime serialı britaniyalı Leluş Lamperujun Qiass adlı güc növünü qazandıqdan sonra Qara cəngavərlər adlı gizli təşkilat qurmasından və supergüc olan Müqəddəs Britaniya İmperiyasına qarşı döyüşməyindən bəhs edir.

"Code Geass: Lelouch of the Rebellion" animesinin istehsal ediləcəyi 2006-cı ildə internet treyleri vasitəsilə anons edilmişdir. Anime serialı Mainichi Broadcasting System-də 6 oktyabr 2006-cı ildə göstərilməyə başlanmışdır və 10 stansiya tərəfindən yayımlanmışdır.


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
Greater coat of arms of the United States.svg
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.

Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur.

Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il tutaraq prezident postunda ən uzun müddətdə qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur.


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə

Vikipediya:Həftənin seçilmiş siyahısı/9. Həftə 2018
baxmüzakirə etredaktə ettarixçə