Vikipediya:Kənd meydanı

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
↱ VP:KM


Cute-Ball-Search-icon.png Kənd meydanında axtarış


Kənd meydanı
Kənd Meydanına Xoş Gəldiniz!

Bu səhifənin məqsədi Vikipediya ilə əlaqədar olan və cavabını bilmədiyiniz suallar verə biləcəyiniz xəbərləşmə məkanı yaratmaqdır. Vikipediyada yalnız texniki və idarəetməyə dair mövzular burada müzakirə edilir. IRC kanalımızda digər Vikipediyaçılara eyni zamanda da danışa bilərsiniz.

Burada yeni bir müzakirə açmazdan əvvəl:

Bu səhifədə yazarkən:

Layihələr

Təkliflər

Transliterasiya İdarəçilərə müraciət Aktual hadisələr

AdvancedSearch[əsas redaktə]

Birgit Müller (WMDE) 14:44, 7 may 2018 (UTC)

Patrul[əsas redaktə]

Salam əziz vikipediyaçılar! Patrul sistemi üçün lazımi sözlər tərcümə olunub. Sadəcə tətbiqi üçün konsensus lazımdır. Buna görədə Anar kerimxanov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Baskervill, Cekli829, Eldarado, Eminn, Nicat49, Qolcomaq, Rufet Turkmen, Sortilegus, Sultan11, Vusal1981, Wertuose, White Demon, Anar Məmmədov, Aykhan Zayedzadeh, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Masalli qasimli, KaraBakh, Enver62 və digər istifadəçiləri səsverməyə dəvət edirəm.

Neriman2003, konsensus çoxdan əldə edilib. 2 dəfə müzakirə və səsvermə keçirilib. İksi də müsbət nəticələnib.--samral müzakirə 14:58, 8 may 2018 (UTC)
Mövzü ilə bağlı keçirilmiş müzakirə və səsvermənin linki. Bu da Vikimediyaya müraciətin linki--samral müzakirə 15:05, 8 may 2018 (UTC)

Status qazanmaqla bağlı səsvermələrə dəyişiklik təklifi[əsas redaktə]

Hərkəsə salam! Azərbaycanca vikipediyada laboratoriya deyə bir yer var. Burada digər məqalələrdən seçilən, fərqli məqalələr istifadəçilərə müzakirəyə verilir, onlar isə məqalələrin status alması və ya almaması barədə səsvermə keçirirlər. Bu hadisə ingiliscə vikipediyada fərqlidir. Məqalə namizəd göstərilir, idarəçilərdən biri isə məqaləni həm vizual, həm də kod şəklində başdan ayağa oxuyub səhvləri tapır, namizədlik səhifəsinə yerləşdirir və həmin səhvi düzəldir. Məqalədə çox səhv olsa və ya ilk baxışdan qəbul edilməyəcəyinə qərar verilsə (nümunə) məqalə status almır. İdarəçinin qərarlarına digər istifadəçilər də şərh yaza bilər. (namizədlik, status almış məqalə nümunəsi,status almamış məqalə nümunəsi, status alması prosesi davam edən məqalə nümunəsi) Mənim fikrimcə, bu yol daha sərfəlidir. A.Aida88, Anar kerimxanov, Anar Məmmədov, Araz Yaquboglu, Azerifactory, Babək Akifoğlu, Cekli829, Eldarado, Eminn, Qolcomaq, Rufet Turkmen, Sortilegus, Wertuose, White Demon, Samral, Wikipediya M, Sefer azeri, Fortius-94, Namikilisu, Neriman2003, Nicat49, Masalli qasimli, Enver62 kimi aktiv, azərbaycanca vikipediyanın inkişafında böyük fəaliyyət göstərən istifadəçilərin fikrini öyrənmək istərdim. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 17:29, 12 may 2018 (UTC)

Aykhan Zayedzadeh, envikidəki prosedurun bizdəkindən fərqi nədir onu anlamadım.--samral müzakirə 18:41, 12 may 2018 (UTC)
Salam Samral bəy! Şəxsən mən səsvermə zamanı məqalənin hər bir nöqtəsinə, vergülünə və ya hərfinə baxmıram, buna görə də, digər istifadəçilərin əksəriyyətinin bunu etdiyinə inanmıram. Sadəcə vizual baxımdan gözdən keçiririk və digərlərin səsinə baxırıq. Envikidə bu tamamilə fərqlidir. Namizəd səhifənin tam yoxlanılıb qurtarması bir neçə gündən 2-3 həftəyə qədər gedib çıxır, fəqət bunun yaxşı tərəfi budur ki, məqalə tamamilə problemsiz olur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 22:09, 12 may 2018 (UTC)
Salam. Məqaləni tam yoxlamağa həftələr lazım deyil. Uzağı bir saat kifayət edər ki, iri həcmli məqaləni yoxlayasan. Envikidə həftələr çəkməsinin səbəbi isə müraciətlərin çoxluğu ilə bağlıdı çox güman ki. Məsələni qəlizləşdirməyə gərək yoxdur. --eldarado 10:32, 13 may 2018 (UTC)
Sizə də salam cənab Eldarado, vikipediyada bəzi məqalələr var ki, (məsələn, Türkiyə İstiqlaliyyət müharibəsi) uzundur, ancaq çoxlu səhvlər buraxılıb. Sadəcə 20 dəqiqəyə 30-dan çox səhvi düzəltim nümumə göstərdiyim məqalədə. Təəssüf ki, istifadəçilərin əksəriyyəti uzun məqalələrə dərindən baxmır. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 14:09, 13 may 2018 (UTC)
  • Olsa yaxşı olar. Bizdə məqaləni təqdim edəndən ancaq 1 ay sonra status alır. (15 gün namizədlik səsverməsi, 15 gün status səsverməsi)--Neriman2003 yaz! 12:13, 14 may 2018 (UTC)
Hamı hər səhvi 20-30 dəq. düzəltmir. İndi ki, sistem yaxşıdır.--Azerifactory (müzakirə) 20:25, 14 may 2018 (UTC)

Sortilegus-un şablon və kateqoriya silmə sevdası[əsas redaktə]

Salam. Hörmətli bürokrat və idarəçimiz Sortilegus bir çox şablon və kateqoriyanı silir. Fəaliyyətinə diqqət etsəniz görərsiniz ki, bundan başqa bir işdə görmür. Başa düşürəm boş kateqoriya və istifadəsiz şablonlar silinməlidir. Amma bəzən bu şərtlərə cavab verməyən silinmələr də olur. Özünə müraciət etdik də isə cavab verməyə belə lüzum görmür. Belə olan halda sizcə nə etməliyik? --Drabdullayev17 (müzakirə) 18:26, 12 may 2018 (UTC)

Salam cənab Drabdullayev17, zəhmət olmasa "şərtlərə cavab verməyən silinmələr"ə bir nümunə göstərə bilərsiniz? Bəzi şablonlar istifadəsiz olsa da, saxlanılmalıdır (Məsələn, hansısa bir rejissorun filmləri). Cavab verməyə lüzum qoymura gəldikdə isə, buna sözüm yoxdur. Bəlkəm, bildirişi görmür, bəlkəm yadından çıxır, bəlkəm başı vikiyə çox qarışıb, bəlkəm də siz dediyiniz kimi müraciətlərə məhəl qoymur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 22:15, 12 may 2018 (UTC)
Salam Aykhan Zayedzadeh. Məsələn Kateqoriya:ABŞ-da köləlik səhifəsinin tarixçəsinə baxa bilərsiniz. --Drabdullayev17 (müzakirə) 04:42, 13 may 2018 (UTC)
Mən də dəfələrlə belə halla qarşılaşmışam, hansısa məqalə ilə bağlı şablon və ya kateqoriya yaratmışam. Bir müddət sonra başqa bir məqalə ilə bağlı həmin kateqoriya və ya şablona ehtiyac yarandıqda isə görmüşəm ki, yoxdu. Halbuki mən, filan kateqoriyanı yaratdığıma əminəm.)) Girib bir də yaratmaq istəyəndə xəbərdarlıq çıxır ki, bəs Sortilegus silibmiş həmin səhifəni. Əvvəl hər dəfə belə şey olanda yazırdım müraciət səhifəsinə ki, bəs niyə silmisən (konkret fakt istəyirsizsə yazışmalara baxa bilərsiz). Sonra gördüm xeyri yoxdu, başın buraxdım, onsuz da yazsaq da yazmasaq da silir, işimizi artırır. --sefer azeri 08:03, 13 may 2018 (UTC)
Salam. İndi mən sizə bunun səbəbini izah edim. İnanıram ki, hamınız səbəbini anlayacaqsınız. Sizin kateqoriyaların silinməsinin əsas səbəbi həddən artıq çox kateqoriya şaxələnməsi aparmanızdır. Bu şaxələnmənin səbəbi isə ingilisdilli vikidən kateqoriyalanmanı olduğu kimi bura gətirmənizdir. İngilis vikisi böyük vikidir, onun kateqoriyalaşdırmasını olduğu kimi burada apara bilmərik. Məsələn, deyək ki, Almaniyanın bir futbol klubu haqqında məqalə yazdınız. Düsseldorfun futbol klubudur. İngilisdilli vikipediyada onun belə kateqoriyalaşdırılmasına rast gələ bilərsiniz: "Kateqoriya:Almaniyanın Manxeym federal dairəsinin Heynaym federal bölgəsinin Düsseldorf şəhərinin Müsseldorf rayonunun Brisseldorf qəsəbəsinin İmpriseldorf küçəsinin Krindorf dalanının futbol klubu". O vikidə bəlkə bu dalanın 5 futbol klubu haqqında məqalə var. Bizdə bu cür şaxələnmə yoxdur axı. Bizdə belə şaxələnmə aparırsınız, bundan da şaxələnmələr çıxır. Məsələn, "Kateqoriya:Krindorf dalanında futbol" → "Krindorf dalanında idman növləri", "Kateqoriya:İmpriseldorf küçəsində idman növləri" və s. ən azı 100 kateqoriya. Hansılar ki, sadəcə bir bu Krindorf dalanının futbol klubuna bağlıdır. Yəni, məsələn bir bu dalanın futbol klubu qeyri-ensiklopedik sayılıb silinsə 100 boş kateqoriya "hədiyyə" etmiş olursuz azvikiyə. Olmaz ki, elə yazasınız "Kateqoriya:Düsseldorfun futbol klubları"? Olsa-olsa o kateqoriyada azvikidə 2-3 məqalə olacaq. Heç kim də onu silməz. Səfər səndə də belə şaxələnmə var. Əsasən sənət və sənətkarlarla bağlı kateqoriyalarda. Az qala belə kateqoriyalaşdırma aparırsan ki, "Kateqoriya: Pikassonun səhər saat altıda sağ ayağı üzərində durub sol əlində fırça tutub rəngli boyayla çəkdiyi rəsimlər". İngilis vikisinin kateqoriyalaşdırılmasıdır. Çünki orada 100% bəlkə belə bir kateqoriya da var "Kateqoriya: Pikassonun səhər saat altıda sol ayağı üzərində durub sağ əlində fırça tutub sulu boyayla çəkdiyi rəsimlər". Onun da ardınca sol əli ilə, sağ əli ilə rəsim çəkən rəssamların kateqoriyalaşdırılması gəlir və s. Bizdə sadəcə yazmaq olar ki, "Kateqoriya:Pikassonun sulu boyayla çəkdiyi rəsmlər". Təbii ki, bu ümumi fikrimi izah etmək üçün yazdığım nümunələrdir. Tək-tək sizin sildiyiniz kateqoriyaları nümunə alaraq yazmamışam. Sizin də silinən kateqoriyaların içində 100% gərəkliləri olub. Sadəcə dediyim kimi, o qədər geniş şaxələnmə aparmısınız ki, o kateqoriya böyük ehtimal ki, boş qalıb silinib. Bu o anlama gəlməz ki, o kateqoriya azvikidə lazım deyil. Gələcəkdə normal kateqoriya şaxələnməsində bunlar yenidən yaradılacaq. Bu qədər. Ümid edirəm ki, izah edə bildim.
Hörmətli Drabdullayev17, mənim fəaliyyətimlə bağlı yazdığınız Fəaliyyətinə diqqət etsəniz görərsiniz ki, bundan başqa bir işdə görmür kimi kinayəli fikirlərdən uzaq durmağı sizə məsləhət görərdim. Sizi burada mən biləni azviki istifadəçilərin fəaliyyət şkalasının barometri vəzifəsinə heç kim təyin etməyib. --Sortilegus (müzakirə) 08:31, 13 may 2018 (UTC)
Bu kateqoriyalar "konteyner" kateqoriyalardır, bunları silmək olmaz! Məsələn, mən dünən çoxlu kateqoriyalar yaradırdım. Onların arasında konteyner kateqoriyalar da var idi. White Demon-un, məncə, bu haqda fikirləri çoxdur. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 14:28, 13 may 2018 (UTC)
Hörmətli Sortilegus birincisi mən sizə kinayəli yazmamışam. Sözümü hörmətli bürökrat və idarəçimiz olaraq başlamışam. İkincisi mən sizin və ya başqasının fəaliyyətini izləmirəm və ya ölçmürəm amma sizin bu silmələriniz əsassızdır. Yuxarıda göstərdiyiniz nümunələr də istifadəçilərə kinayə ilə yanaşdığınızı göstərir. Heç kim sizin yuxarıda göstərdiyiniz kimi kateqoriya yaratmır. Qaldıq şaxələnmə məsələsinə. İngilis vikipediyasındakı nümunənə burda aparmaq olmaz deyirsiniz. Buna kim qərar verir? Siz buna tək başına qərar verə bilməzsiniz axı. Deyirsiniz məqalə silinsə bu kateqoriya boş qalar. Amma ora daxil etdiyim məqalələr kifayət qədər ensiklopedik və silinməsi güman olmayan məqalələrdir. Amma sizin fikirləriniz sadəcə nəzəridir. İndi xahiş edirəm sildiyiniz kateqoriyanı geri qaytarasınız. --Drabdullayev17 (müzakirə) 04:16, 14 may 2018 (UTC)
Mən də Sortilegusdan xahiş etdim ki Wikidata/p421 şablonunu hansı səbəbdən sildiyini izah etsin. Belə ki həmin şablonun silinməsi səbəbindən minlərlə səhifədə xəta meydana gəlmişdir. Amma heç bir cavab vermədi. Sortilegusun şablonsilmə texnikası çox sadədir. İstifadəsiz şablonlar səhifəsində görünən lyuboy şablonu dərhal silir. Digər vikilərdə isə belə bir şey yoxdur. istifadəsiz şablonlar səhifəsinə düşən minlərlə şablon, xüsusi ilə alt şablonlar silinməkdən azaddır. Çim Çen In (müzakirə) 10:55, 14 may 2018 (UTC)

Repressiya qurbanları[əsas redaktə]

Salam, bildiyiniz kimi, Azərbaycanda repressiya qurbanları haqqında yazılar indi-indi çıxır, o da ki, çox az. Əslində isə bu böyük faciədir və hələ indiyə kimi bunun əzabını çəkirik. Mən istədim ki, siyahı hazırlayım amma bu siyahı çox uzun ola bilər. Kimin nə təklifi var?--Azerifactory (müzakirə) 18:00, 18 may 2018 (UTC)

Azerifactory yaxşı olardı.--Anar   müzakirə 11:49, 19 may 2018 (UTC)

Capay bu üzrə çox işləyir. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 14:45, 19 may 2018 (UTC)
  • Capay bu mövzuda lap yaxşıdı.-- Nəriman  Müzakirə  14:49, 19 may 2018 (UTC)
  • Anar Məmmədov, sadəcə bunu şəkillərlə siyahı formasında etmək ağırdı. Amma məsələn kateqoriyalara bölsək əla olur. Məsələn, "Repressiya olunmuş Azərbaycan şairləri və yazıçıları", "Repressiya olunmuş Azərbaycan musiqiçiləri" və s.--Azerifactory (müzakirə) 15:43, 19 may 2018 (UTC)

Azerifactory edəkdə, nə problem. İstəsəz birgə siyahını yaradıb işləyək.--Anar müzakirə 16:56, 19 may 2018 (UTC)

Adlar fəzası[əsas redaktə]

Salamlar! Azvikidə Vikilayihə adlı adlar fəzası yaradılmalıdır? Həmkarlarımın fikrini bilmək istərdim.-- Nəriman  Müzakirə  15:19, 19 may 2018 (UTC)